...

ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsiplərin yerinə yetirilməsinə çalışırıq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2014 12:28 (UTC +04:00)
ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lissabon, Madrid prinsipləri, BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların prinsipləri var.
ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsiplərin yerinə yetirilməsinə çalışırıq"

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

"ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lissabon, Madrid prinsipləri, BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların prinsipləri var. ATƏT də bu prinsipləri izləyir və onu yerinə yetirməyə çalışır". Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç deyib.

R.Krivokapiç bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri ilə Minsk qrupunun fəaliyyətinin canlandırılmasına və münaqişənin həll yollarını tapmağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti