...

Morninqstar: ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2014 09:39 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü yaxın gələcəkdə keçiriləcək.
Morninqstar: ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid edir

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Əliyev/

Amerika Birləşmiş Ştatları ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü yaxın gələcəkdə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir bu gün Bakıda keçirilən I Beynəlxalq Xəzər Enerji Forumundan əvvəl bildirib: "Bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər".

R.Morninqstar qeyd edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davam edən danışıqlar prosesində aktivdir: "Hesab edirəm ki, münaqişənin həll edilməsi naminə konkret addımların müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti