...

Elmar Məmmədyarov Minsk Qrupunun rusiyalı həmsədrilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2014 10:50 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popov ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Elmar Məmmədyarov Minsk Qrupunun rusiyalı həmsədrilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 23 aprel/ Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə E.Məmmədyarov jurnalistlərə bildirib.

Nazir bildirib: "Dünən Moskvada ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov ilə görüşdüm. Biz münaqişənin həlli üzrə növbəti addımları müzakirə etdik".

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbul edilməz olduğunu və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bir daha vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti