Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/
Cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 23-ü saat 20:40 radələrində Qəbələ rayonundan hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Məcidov Elnur Əli oğlu döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib.
Yaralı əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.