...

Əli Həsənov Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı narahatlığı BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbərinə çatdırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2014 20:15 (UTC +04:00)
İyulun 21-də Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb.
Əli Həsənov Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı narahatlığı BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbərinə çatdırıb

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İyulun 21-də Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb.

Komissiyadan Trend-ə verilən məlumata görə, görüşdə Baş nazirin müavini Əli Həsənov BQXK-nın nümayəndəliyinin rəhbərinə Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlıların, onların talehi ilə bağlı və bu günə qədər onlar haqqında heç bir məlumatın olmadığından Azərbaycan tərəfinin narahatlığını çatdırıb və bildirib ki, bütün bu məsələlər ilk gündən ölkə Prezidentinin diqqət mərkəzindədir.

Görüşdə bildirilib ki, həmin şəxslər öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərdir. Bu insanların ora getməsinə səbəb həmin insanların vətən həsrəti və eyni zamanda öz doğmalarının məzarlarını ziyarət etməsidir. Bu şəxslər sərhədləri BMT tərəfindən tanınan Azərbaycanın ərazisində işğalçı qüvvələr tərəfindən girov götürülüblər. Onlar heç bir sərhəd pozuntusuna yol verməyib və heç bir beynəlxalq hüquq normasını və prinsiplərini pozmayıblar. Lakin bütün bunlara baxmayaraq Ermənistan tərəfi həmin şəxslər haqqında həqiqətə uyğun olmayan müxtəlif fikirlər səsləndirir və onların üzərinə diversant və cinayətkar qurup adı kimi ləkələr yaxaraq onlara münasibətdə "müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" 1949-cu il Cenevrə Konvensiyasından irəli gələn müddəaları tətbiq etməkdən boyun qaçırırlar.

Görüşdə girov götürülmüş şəxslərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi diqqətə çatdırılıb.

Qəbulda həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti