...

BQXK Kəlbəcərdə öldürülən azərbaycanlının şəkillərini ailəsinə göstərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2014 16:26 (UTC +04:00)
Ermənsitan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə öldürülən Azərbaycan vətəndaşının cəsədinin şəkilləri ailəsinə göstərilib.
BQXK Kəlbəcərdə öldürülən azərbaycanlının şəkillərini ailəsinə göstərib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlkin İzzət/

Ermənsitan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə öldürülən Azərbaycan vətəndaşının cəsədinin şəkilləri ailəsinə göstərilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, BQXK iki azərbaycanlı vətəndaşın Dağlıq Qarabağda saxlanılması ilə bağlı məlumatlandırılıb. BQXK-nın Dağlıq Qarabağdakı nümayəndəsinə isə mediada öldürüldüyü barədə məlumat verilən insanın cəsədi göstərilib: "BQXK həmin cəsədin şəkillərini öldürüldüyü ehtimal edilən şəxsin ailəsinə göstərib. Ailə öz yaxınını tanıyıb. Saxlanılmış azərbaycanlılara baş çəkməklə və cəsədin Azərbaycan tərəfinə verilməsi ilə bağlı müzakirələr aparılır".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürüldüyü, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti