...

Riçard Morninqstar: Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2014 21:14 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var.
Riçard Morninqstar: Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Səbinə Әhmədova/

Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vida çıxışında bildirib.

Səfir qeyd edib ki, sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcək.

R.Morninqstarın sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirəcək.

Səfir həmçinin deyib ki, Azərbaycan və ABŞ bəzi məsələlərə fərqli yanaşırlar: "Lakin hər bir tərəfdaşla olduğu kimi, davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik".

R.Morninqstar qeyd edib ki, Azərbaycan mürəkkəb məkanda yerləşir: "Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən ümdə məsələsi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti