...

Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlıların ailə üzvləri Rusiya Prezidentinə müraciət ediblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2014 16:18 (UTC +04:00)
Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya Prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciət ediblər.
Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlıların ailə üzvləri Rusiya Prezidentinə müraciət ediblər (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciət ediblər. Bu barədə Trend-ə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D.Əsgərovla Ş.Quliyevin girovluqdan azad olunması xahiş edilib.

Rusiya Federasiyasının vətəndaşları olan D.Əsgərovun və A.Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib.

Pasportların surətindən məlum olur ki, D.Əsgərov və Ş.Quliyevin həyat yoldaşı A.Veselova Rusiya vətəndaşlarıdır. Lakin Rusiyanın Azərbaycandakı səfirliyi D.Əsgərovun Rusiya vətəndaşı olmadığını bildirmişdi.

Müraciətlərin mətni və pasportların surəti məlumata əlavə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti