...

Erməni kəşfiyyatçılarının təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2014 09:26 (UTC +04:00)
Ermənilərin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb.
Erməni kəşfiyyatçılarının təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Erm\nilərin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti