...

Ermənilərin Tovuz rayonunda yaraladığı azərbaycanlı Bakıda əməliyyat olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2014 12:06 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri bölmələrinin intensiv atəşi nəticəsində yaralanmış Tovuz rayonu, Əlibəyli kənd sakini Fərid Məmmədov Bakıdakı Klinik Tibbi Mərkəzə çatdırılıb.
Ermənilərin Tovuz rayonunda yaraladığı azərbaycanlı Bakıda əməliyyat olunacaq

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Ermənistan silahlı qüvvələri bölmələrinin intensiv atəşi nəticəsində yaralanmış Tovuz rayonu, Əlibəyli kənd sakini Fərid Məmmədov Bakıdakı Klinik Tibbi Mərkəzə çatdırılıb. O, burada əməliyyat olunacaq. Bu barədə şənbə günü Trend-ə Klinik Tibbi Mərkəzdən məlumat veriblər.

Mərkəzdən deyiblər ki, 1997-ci il təvəllüdlü F.Məmmədovun vəziyyəti hazırda kafi qiymətləndirilir. O, üz-çənə nahiyəsindən cərrahiyyə əməliyyatı olunacaq.

Qeyd edək ki, iyulun 25-dən Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulub. Nəticədə kənd sakinləri 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti