...

Son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması halları 3 dəfədən çox artıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyul 2014 10:56 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, son iki gün ərzində cəbhə xəttində atəşkəs rejimi 172 dəfə pozulub.
Son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması halları 3 dəfədən çox artıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, son iki gün ərzində cəbhə xəttində atəşkəs rejimi 172 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 27-də və iyulun 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 92 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Şavarşavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki mövqelərimizi də atəşə məruz qalıb.

Ağdam rayonunun Şıxlar, Cəvahirli, Yusifcanlı, Mərzili, Sarıcalı, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qeyd edək ki, bundan bir gün əvvəl isə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 80 dəfə pozulub.

Erməni silahlı bölmələri iyulun 26-da və iyulun 27-nə keçən gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şıxlar, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Qorqan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti