...

Müdafiə Nazirliyi: Yaralanan Azərbaycan əsgərinin vəziyyəti sabit-ağırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2014 09:48 (UTC +04:00)
Erməni silahlı bölmələrinin dünən axşam saatlarında atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.
Müdafiə Nazirliyi: Yaralanan Azərbaycan əsgərinin vəziyyəti sabit-ağırdır

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Erməni silahlı bölmələrinin dünən axşam saatlarında atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu ilkin tibbi yardım göstərildikdən sonra, hospitala yerləşdirilib.

Hərbçinin vəziyyəti sabit-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti