...

ATƏT cəbhə xəttində vəziyyəti araşdıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2014 09:45 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.
ATƏT cəbhə xəttində vəziyyəti araşdıracaq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 1-də Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti