...

Sarkisyan: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolunda görür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2014 15:10 (UTC +04:00)
Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupunun həmsədrləri formatında aparılan danışıqlar çərçivəsində yalnız sülh yolunda görür.
Sarkisyan: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolunda görür

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupunun həmsədrləri formatında aparılan danışıqlar çərçivəsində yalnız sülh yolunda görür. Trend-in ARKA-ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz məsələləri və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşdə deyib.

Onun sözlərinə görə, belə yanaşmanın əsas səbəblərindən biri odur ki, Minsk qrupu 20 ildən çox müddətdir nəzərəçarpacaq təcrübə və institusional yaddaş toplayıb: "Minsk qrupunun təklif etdiyi prinsiplər münaqişənin həllinin əsası ola bilər".

Bununla yanaşı, prezident qeyd edib ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səlahiyyətləri çərçivəsində mümkün olan hər şeyi edən vasitəçidir.

S.Sarkisyan müxtəlif səviyyələrdə Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə beynəlxalq prinsiplər əsasında münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədiyinə görə Aİ-nin fəaliyyətini yüksək qiymətləndirib.

H.Salber isə öz növbəsində deyib ki, Aİ onun xüsusi nümayəndə vəzifəsinə təyin edilməsi ilə mövcud münaqişələrin nizamlanmasında iştiraka və əməkdaşlığa hazır olması işarəsini vermək istəyir: "Təyinatdan qısa müddət sonra regionun 3 ölkəsinə səfər məhz bu məqsədə istiqamətlənib".

Tərəflər görüşdə Ermənistan-Aİ münasibətlərinə və əməkdaşlığına da toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti