...

Azərbaycan Ordusu ermənilərin kəşfiyyat-təxribat qruplarının cəbhə xəttini keçməsi cəhdinin qarşısını alarkən itki verib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2014 10:25 (UTC +04:00)
İylun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Azərbaycan Ordusu ermənilərin kəşfiyyat-təxribat qruplarının cəbhə xəttini keçməsi cəhdinin qarşısını alarkən itki verib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:00-da yayılıb)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

İylun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Trend-in Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.

Nazirlik qeyd edir ki, iyulun 31-də saat 20:00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış giziri Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Trend-ə bəzi KİV-lərdə Azərbaycan Ordusunun verdiyi itkilərin açıqlanan sayı ilə bağlı bildirib ki, hələlik bununla bağlı rəsmi məlumat yoxdur: "Məlumatlar tam dəqiqləşdiriləndən sonra ictimiayyətə rəsmi şəkildə açıqlanacaq".

Allah şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti