...

Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin qaytarılması üçün Azərbaycan və Ermənistan tərəfi ilə dialoq aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2014 15:41 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) meyitlərin qaytarılması üçün Azərbaycan və Ermənistan tərəfi ilə dialoq aparır. Bu barədə Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin qaytarılması üçün Azərbaycan və Ermənistan tərəfi ilə dialoq aparır

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) meyitlərin qaytarılması üçün Azərbaycan və Ermənistan tərəfi ilə dialoq aparır. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, meyitlərin qaytarılması üçün tərəflərin razılığı olmalıdır, BQXK neytral vasitəçiliyi həyata keçirir.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı azərbaycanlının öldürüldüyü barədə məlumat yayılıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.

Avqustun 8-də səhər saatlarında Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

İlkin ehtimala görə, K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti