...

Elman Abdullayev: Kaliforniya Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə hüquqi qüvvəyə malik deyil (ƏLAVƏ OLUNUB) (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2014 12:57 (UTC +04:00)
Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə bəyannamə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.
Elman Abdullayev: Kaliforniya Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə hüquqi qüvvəyə malik deyil (ƏLAVƏ OLUNUB) (VİDEO)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Səba Ağayeva/

Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə bəyannamə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə axşamı brifinqdə Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnaməni şərh edərkən bildirib.

E.Abdullayev qeyd edib ki, bu fakt həmin sənədin qəbul edilməsinə səs verən senatorların dürüstlüyünü şübhə altında qoyur ki, bu da ABŞ-dakı erməni lobbisinin maliyyə dəstəyi sayəsində mümkün olub.

Onun sözlərinə görə, kaliforniyalı senatorlar bu qətnaməyə səs verməklə Azərbaycan topraqlarının işğalını dəstəkləməyə çağırıblar ki, bu da beynəlxalq norma və prinsiplərə ziddir.

XİN rəsmisi vurğulayıb ki, sənəddə qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyi tanınmır: "Senatın buna hüququ çatmır. Sənəd bəyannamə xarakteri daşıyır və Kaliforniya ştatının yanlış qənaətdə olduğunu təsdiq edir".

Onun sözlərinə görə, qeyd edilən qətnamə Ermənistan xalqını aldatmağa yönəldilib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, məlum olduğu kimi, Kaliforniyadakı erməni lobbisinin güclü təzyiqləri altında anti-Azərbaycan xarakterli AJR 32 saylı qətnamə artıq bir neçə müddətdir ki, Kaliforniya Senatının gündəliyində idi.

Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli olduğu, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb: "Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olmuş, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırmışdılar. Nəticədə 1 milyon erməninin yaşadığı Kaliforniya kimi ştatda erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, Kaliforniyanın qanunverici orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq, avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib".

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti