...

BQXK: Azərbaycanda əsirlikdə olan erməni hərbçi üçüncü ölkəyə təhvil verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Avqust 2014 16:32 (UTC +04:00)
Azərbaycanda əsirlikdə olan erməni hərbçi avqustun 26-də üçüncü ölkəyə təhvil verilib.
BQXK: Azərbaycanda əsirlikdə olan erməni hərbçi üçüncü ölkəyə təhvil verilib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda əsirlikdə olan erməni hərbçi avqustun 26-də üçüncü ölkəyə təhvil verilib. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, həmin erməni hərbçi üçüncü ölkəyə təhvil verilməzdən öncə BQXK-nın nümayəndələri onunla görüşüblər.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, A.İnciqulyan üçüncü ölkəyə avqustun 26-da göndərilib.

Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçib.

Erməni əsir A.İnciqulyan öz ölkəsinə - Ermənistana deyil, üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə ərizə ilə müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti