...

Mübariz Əhmədoğlu: Ermənistan ATƏT MQ–nin iki həmsədri və fəaliyyətdə olan sədri ilə Həsən Həsənovun meyiti ətrafında müəmma düzəltdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2014 13:09 (UTC +04:00)
Ermənistan ATƏT-in Minsk qrupunun iki həmsədri və fəaliyyətdə olan sədrin iştirakı ilə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti ətrafında müəmma düzəltdi.
Mübariz Əhmədoğlu: Ermənistan ATƏT MQ–nin iki həmsədri və fəaliyyətdə olan sədri ilə Həsən Həsənovun meyiti ətrafında müəmma düzəltdi

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ermənistan ATƏT-in Minsk qrupunun iki həmsədri və fəaliyyətdə olan sədrin iştirakı ilə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti ətrafında müəmma düzəltdi. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, Karen Petrosyanın ölümü ətrafında ermənilərin yaratdığı ajiotaj məhz buna xidmət edir: "Həsən Həsənovun öldürülməsi Karen Petrosyanın ölümündən bir ay qabaq baş vermişdi. Ermənistanın öz doğma torpaqlarına getmiş azərbaycanlılara qarşı rəftarında anlaşılmazlıqlar hədsiz çoxdur. Üç azərbaycanlının ermənilərin işğalı altında olan doğma ata-baba yurdlarına səfər etməsi riskli də olsa başa düşüləndir. Doğma torpağa münasibətdə ermənilər və azərbaycanlılar fərqli düşüncənin sahibidirlər. Məhz buna görə də azərbaycanlıların demək olar ki, 90 faizi öz torpağında yaşayır. Ermənilərin isə 90 faizi öz torpaqlarında yaşamır. O baxımdan, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun doğulduqları torpağa olan hisslərini ermənilər başa düşə bilməzlər. Azərbaycan ərazilərini ermənilər üçün qiymətli edən işğalçılıq düşüncəsidir. Yalnız xoş təsadüf ucbatından ermənilər üç azərbaycanlıdan ancaq birini öldürə biliblər. İndi onun meyiti tapılmır. Ermənistan Karen Petrosyanın Azərbaycanda öldürülməsi barədə hay-küy qaldıranda da məqsədi Həsən Həsənovun meyitinin başına gətirilənləri gizlətmək imiş".

M.Əhmədoğlu bildirib ki, Ermənistanın bu kampaniyası dərhal ATƏT MQ-nin iki digər həmsədri olan ABŞ və Fransa tərəfindən də dəstəkləndi: "Ermənistan Həsən Həsənovun meyitinin qaytarılmasının unutdurulması kampaniyasına ATƏT-in fəaliyyətdə olan sədri İsveçrəni də qoşa bildi. Bununla da Həsən Həsənovun meyiti ətrafında əməlli-başlı müəmma yaratdı. Meyitin Qarabağ torpağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinin iştirakı ilə dəfn olunduğu barədə məlumat yayılsa da, BQXK-dan bu məlumatı heç kim təsdiqləmədi. K.Petrosyan ola bilər, ermənilər üçün qiymətli deyil, sadəcə onun ölümünü Azərbaycana qarşı siyasi manipulyasiya vasitəsi kimi istifadə etdilər. Amma ailəsinə və xalqımıza Həsən Həsənovun əgər öldürülübsə də, meyiti lazımdır. Həsən Həsənovun meyiti ətrafında yaranmış müəmma yaxın vaxtda aradan qaldırılmalıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçilərinin iştirakı ilə Həsən Həsənovun meyiti ekskumasiya olunub, onun sümüyündən müəyyən bir hissə genetik analiz üçün Azərbaycana göndərilməlidir".

Politoloq qeyd edib ki, çox mühüm diqqət çəkən məsələlərdən biri ABŞ və Fransanın yoxlamadan erməni yalanına dəstək verməsidir. ATƏT MQ-nin iki həmsədri və fəaliyyətdə olan sədr ölkəsi yoxlamadan erməni informasiyasına dəstək vermələrinin səbəbini izah etməlidirlər: "Amerikalı həmsədr Uorlikin mövqeyi çoxdan dəvəquşunu ötüb keçib. Qoşunların təmas xəttində erməni hərbçiləri öldürülərkən dərhal başsağlığı verir, narahatlıq bildirir. Amma azərbaycanlı hərbçilərin və mülki şəxslərin ölümü barədə heç fikir bildirmir. Yeniyetmə Cavid Məmmədovun girov götürülməsini və ya tutulmasını erməni mənbələri təsdiq etdilər, amma Uorlik Cavid Məmmədovla bağlı sualı cavablandırarkən məlumatın dəqiqliyinə şübhə ilə yanaşmışdı. Regionda hansı gücə malik olduğunu Azərbaycan çox gözəl dərk edir. Azərbaycana qarşı yönələn güc mərkəzlərinin də fəaliyyətindən rəsmi Bakının çox yaxşı xəbəri var. Ona görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycanın öz konsepsiyasi var və bu konsepsiya fəaliyyətdədir. Heç bir dövlət onun qarşısını ala bilməyəcəkdir. Həsən Həsənovun meyiti ətrafında müəmmanın yaradılmasında iki həmsədr ölkənin və fəaliyyətdə olan sədr dövlətin iştirak etməsi Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini öz gücü hesabına həll etmək mövqeyində daha da möhkəmləndirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti