...

Ann Brasör: Üzv ölkələrin ərazi bütövlüyünə hörmət Avropa Şurasının əsas prinsiplərindən biridir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2014 14:58 (UTC +04:00)
Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi qurumun müdafiə etdiyi əsas prinsiplərdən biridir.
Ann Brasör: Üzv ölkələrin ərazi bütövlüyünə hörmət Avropa Şurasının əsas prinsiplərindən biridir (ƏLAVƏ OLUNUB)

Fransa, Strasburq, 29 sentyabr /Trend, müxbir Aydın Salmanov/

Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi qurumun müdafiə etdiyi əsas prinsiplərdən biridir. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör qurumun payız sessiyasının birinci iş günü keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, hər bir ölkə bilməlidir ki, onun ərazi bütövlüyü qorunur və hörmət olunur.

A.Brasör qeyd edib ki, AŞ PA-da Azərbaycan və Ermənistan parlament nümayəndələrinin görüşməsi vacib şərtdir: "Məndən əvvəlki sədr Jan-Klod Minyon iki ölkənin nümayəndələrini bir araya gətirməyə nail olmuşdu. Amma mən buna nail ola bilmədim. Nümayəndə heyətləri bundan imtina etdilər. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin təşkili, deyərdim ki, mümkünsüzdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti