...

AŞ PA-da "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2014 18:37 (UTC +04:00)
Trend-in məlumatına görə, yeni məruzəçi britaniyalı deputat Robert Volter təyin olunub.
AŞ PA-da "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib

Fransa, Strasburq, 1 oktyabr /Trend, müxbir Aydın Salmanov/

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi məsələlər komitəsinin iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib.

Trend-in məlumatına görə, yeni məruzəçi britaniyalı deputat Robert Volter təyin olunub.

R.Valter Böyük Britaniyanın AŞ PA-da nümayəndə heyətinin rəhbəridir. Avropa demokratlar siyasi qrupunun üzvü və AŞ PA-nın vitse-prezidenti olan R.Valter həm də qurumun Daimi və Monitorinq komitələrinin üzvüdür.

Sözügedən məsələyə dair məruzəçi postuna digər namizəd AŞ PA-nın keçmiş sədri, Fransanın nümayəndə heyətinin üzvü Jan-Klod Minyon idi.

Qeyd edək ki, AŞ PA Bürosu bir müddət əvvəl keçirilmiş iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı yeni məruzənin hazırlanması məsələsinə müsbət münasibətini bildirmiş və mövzu üzrə məruzəçi təyin edilməsi üçün Siyasi məsələlər komitəsinə müraciət etmişdi.

Bu, Ermənistan siyasi dairələrində ciddi narahatlıq doğurmuş və onlar məsələnin müsbət həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atmışdılar. AŞ PA-da Ermənistan nümayəndə heyəti məruzəçinin təyin edilməsinə ehtiyac olmadığını bildirmiş, bunu ATƏT-in Minsk qrupunun səlahiyyətində olması ilə izah etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti