...

İşğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul edilməsi təklif edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2014 13:04 (UTC +04:00)
İşğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul edilməsi təklif olunur.
İşğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul edilməsi təklif edilir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

İşğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul edilməsi təklif olunur.

Trend-in məlumatına görə, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva səsləndirib.

Millət vəkili belə bir qanun layihəsinin başqa ölkələrdə də qəbul edildiyini vurğulayıb.

Q.Paşayeva qanunda Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən şəxslərin, şirkətlərin nümayəndələrinin, deputatların Azərbaycana səfərinə qadağa qoyulmasının əksini tapmalı olduğunu qeyd edib.

Millət vəkili ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrini də təklif edib.

Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən Q.Paşayeva ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib.

Onun fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meyilinin artmasına və gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti