...

Fransa səfiri: Dağlıq Qarabağ üzrə dinc danışıqların alternativi yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2014 15:46 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə qarşıdakı görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativsizliyini göstərməyi nəzərdə tutur.
Fransa səfiri: Dağlıq Qarabağ üzrə dinc danışıqların alternativi yoxdur

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə qarşıdakı görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativsizliyini göstərməyi nəzərdə tutur. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno prezidentlərin yaxın vaxtlarda keçiriləcək görüşünü şərh edərkən deyib.

Fransalı diplomat xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı təşəbbüs Prezident Fransua Olland tərəfindən onun may ayında Yerevan və Bakıya səfəri zamanı səsləndirilib.

Səfir qeyd edib: "Fransa Prezidentinin təşəbbüsü qəbul edildi və görüş yaxın günlərdə Parisdə keçiriləcək. Təfərrüatlara varmadan yalnız onu qeyd edim ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun axtarışları üzrə danışıqların məzmununa yeni təkan verməyə yönəlib. Bundan başqa, tərəflərin etimad ab-havası yarada bilmələri vacibdir. Görüş dinc danışıqların alternativi olmaması ilə bağlı bu vacib vəziyyətin bir daha təsdiqlənməsini nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti