...

Ştaynmayer: Almaniya Cənubi Qafqazda sülhə kömək etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2014 10:49 (UTC +04:00)
Almaniya Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına kömək etməyə hazırdır. Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra Yerevanda keçirilən birgə brifinqdə deyib.
Ştaynmayer: Almaniya Cənubi Qafqazda sülhə kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Almaniya Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına kömək etməyə hazırdır. Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra Yerevanda keçirilən birgə brifinqdə deyib. Trend xəbər verir ki, bu barədə "Deutsche Welle" inforfmasiya agentliyi xəbər yayıb.

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Berlin Azərbaycan və Ermənistan prezidentlərinin yaxında Parisdə keçiriləcək görüşə hazır olmalarını alqışlayır, bununla yanaşı, "ilk addımları [sülhə nail olmaq üzrə] iki Cənubi Qafqaz ölkəsinin prezidentlərinin atmalı olduqlarını qeyd edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti