...

Mübariz Əhmədoğlu: Qarabağ tənzimlənməsindəki son dəyişikliklərə görə Rusiyanı günahlandırmağa Ermənistanın haqqı yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2014 10:56 (UTC +04:00)
Qarabağ tənzimlənməsində ciddi dəyişikliklər var və bu dəyişikliklər Rusiyanın iştirakı olmadan baş verib.
Mübariz Əhmədoğlu: Qarabağ tənzimlənməsindəki son dəyişikliklərə görə Rusiyanı günahlandırmağa Ermənistanın haqqı yoxdur

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Qarabağ tənzimlənməsində ciddi dəyişikliklər var və bu dəyişikliklər Rusiyanın iştirakı olmadan baş verib. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında seçim edə bilmədiyi üçün Qarabağ tənzimlənməsində aktiv rol oynaya bilmirdi: "İndi Qarabağın Ermənistandan uzaqlaşması prosesi başlayıb. MDB məkanında Qarabağın Ermənistandan uzaqlaşma prosesinin real bünövrəsini Qazaxıstan və bir qədər sonra Belarus qoydu. Bununla da Dağlıq Qarabağ tənzimlənməsində Qarabağın Ermənistandan uzaqlaşması adlanan yeni mərhələ yaranıb, fəaliyyətdədir və Rusiyanın rolu yoxdur. Amma yaranmış vəziyyət ən çox RF üçün sərfəlidir. RF Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlıdırsa, özünün yaratmadığı, amma arzuladığı Qarabağın Ermənistandan uzaqlaşma prosesinə stimul verəcəkdir. Rusiyanın iştirakının olmamasını da xüsusi olaraq buna görə qeyd edirik".

M.Əhmədoğlunun fikrincə, yaranmış vəziyyət Rusiya üçün fürsətdir: Ermənistanın inciməsinə əsas vermədən Dağlıq Qarabağ münaqişəsini tənzimləmək. "Qarabağmərkəzçilər" timsalında ermənilərin ortalığa qoyduğu yeni "Ermənistanı güc təzyiqindən KTMT, iqtisadi təzyiqdən isə AİB qoryacaq" tezisi heç bir yaşamaq qabiliyyətinə malik deyil: "Birincisi, KTMT Ermənistan üçün prioritet qurum deyil. Bunu KTMT-də başa düşüblər. Ukrayna məsələsində Qərblə Rusiya arasında qarşıdurmanın müəyyən bir mərhələsində KTMT-NATO qarşıdurması yarandı. Ermənistan NATO ilə əlaqələri kəsməklə bağlı KTMT-nin qərarını rəsmən rədd etdi. İkincisi, NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Buna baxmayaraq Ermənistan NATO-ya daha da yaxınlaşır, çünki ortada əlavə geosiyasi maraqlar var. KTMT Azərbaycanın ərazi bütövlüyünə heç bir münasibət bildirməyib, ona görə Ermənistan KTMT-ni uzaqlaşdırır. Üçüncüsü, Ermənistanın iqtisadiyyatının 80%-i Rusiyanın əlindədir. Vaxtaşırı rəsmi Yerevan Rusiyanın Ermənistandakı iri iqtisadi subyektlərinə "hücumlar" təşkil etməklə Rusiyanın inamını qırıb. Dördüncüsü, Avroasiya İqtisadi Həmkarlığı AİB-in prototipi idi. Ermənistana investisiya qoymaq mümkün olsaydı Avroasiya İqtisadi Həmkarlığı vasitəsilə qoyula bilərdi. Ermənistanın 1 milyard dollarlıq investisiya təklifləri təxminən 4 il bu qurumun seyflərində qaldı. Beşincisi, Ermənistanın AİB-lə kommunikativ əlaqəsi razılaşdırılmayıb və kifayət qədər geosiyasi problemli məsələdir. AİB Gürcüstan ərazisi vasitəsilə Ermənistanla əlaqə saxlamağa meylli deyil. RF yalnız qazını bu ərazi vasitəsilə nəql etmək istəyir. Ermənistan isə AİB-lə yalnız Gürcüstan ərazisi vasitəsilə əlaqə saxlamaqda israrlıdır. Gürcüstanın Rusiya ilə münasibətləri kommunikasiya məsələlərində istənilən görünməmiş mozaikanı yarada bilər. Gürcüstan ərazisindən AİB və Aİ-nin məhsullarının Ermənistana fərqli vergi stafkaları tranzit olması kifayət qədər mürəkkəb prosesdir. Belə mürəkkəb tranzit əməliyyatlarından Gürcüstanözü üçün geosiyasi və geoiqtisadi divident götürməyəcəksə bu, Azərbaycanın Gürcüstanla münasibətinə təsir edəcəkdir".

Politoloq hesab edir ki, ermənlərin Rusiyaya münasibətlərinin tarixi də xəyanət xronologiyasından ibarətdir: "Çox azsaylı olsa da müəyyən bir qrup Rusiya siyasiləri bu məsələdən xəbərdardırlar. Rusiya ermənilərə hamilik edəndən bəri ermənilər Rusiyaya xəyanət edib. Qriboyedov xristianlıq nöqteyi nəzərdən Tehrandakı ermənilərə qayğı göstərdi, əvəzində həmin ermənilər Qriboyedova qarşı sui-qəsdin hazırlanmasında aparıcı oldular. SSRİ dövründə saxta pul kəsmə və Moskva metrosunda partlayış da ermənilərin əməlləri idi. SSRİ-nin dağılmasında əvvəldən axıradək Moskvadakı ermənilər ABŞ-ın xüsusi xidmət orqanlarının əlində alət oldular. Bu Ermənistan və Dağlıq Qarabağ ermənilərinin daha əlavə antirusiyaçılığa şirnikləşdirdi. Ermənistan təxminən Baltikyanı dövlətlərlə eyni vaxtda SSRİ-nin tərkibindən çıxmaqla bağlı qərar qəbul etdi. Keçmiş SSRİ məkanında sovet qoşunlarının çıxarılması prosesi Ermənistandan başladı".

Onun sözlərinə görə, indi də Ermənistan hər an Qərbə tərəf keçməyə hazırdır. Hazırlıq prosesi bir an dayanmayıb. S.Sarkisyan bir tərəfdən AİB-ə sadiq qalacağına şərəfinə and içir, Ermənistanın Aİ ilə əlaqələrini intensivləşdirilməsinin yollarını müzakirə edir. ABŞ və Avropa dövlətlərinin Ermənistana münasibəti xüsusi diqqət çəkir. Qərb Ermənistanın Rusiyanın əmrindən tam asılı olduğunu bildiyi halda Ermənistandan əl çəkmirsə bu artıq çox şey deməkdir. ABŞ və Avropa dövlətlərinin siyasətini informasiya və strateji təhlil dəstəyindən məhrum hesab etmirik. Buna görə də fikrimizcə, Qərb antirusiya alət kimi Ermənistanı itirmək istəmir. Birbaşa və dolayısı yolla Ermənistana dəstək verir. "Baş verən bütün dəyişikliklər Dağlıq Qarabağ tənzimlənməsinin vaxtını uzadır" kimi tezislər Qərbin Ermənistana dolayı dəstəklərindəndir. Bu tezislərin icraçılarının hansı ölkənin vətəndaşı olması onlar üçün o qədər də maraqlı deyil.

Ermənipərəst Rusiya ekspertlərinin ideyaları Ermənistanın, Rusiyanın maraqlarına və Ermənistanın AİB üzvü kimi fəaliyyətinə zərər verir.

Ermənistan pis qoxuludur. Qazaxıstan və Belarus AİB məkanında "havanı təmizləməyi" tez-tez Rusiyanın yadına salacaqlar. Qazaxıstan və Belarus Ermənistanın qoxusuna dözməyib, qapını çırpıb gedə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti