...

Cəbhədə atəşkəs rejimi 30 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2014 10:37 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhədə atəşkəs rejimi 30 dəfə pozulub

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti