...

Cəbhədə gərginlik artıb: Atəşkəs rejimi 47 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Noyabr 2014 09:48 (UTC +04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.
Cəbhədə gərginlik artıb: Atəşkəs rejimi 47 dəfə pozulub

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Ayqedzor və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili, Novruzlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti