...

Müdafiə Nazirliyi: Ermənistan mətbuatının Azərbaycan SQ-nin itkilər verməsi barədə məlumatı həqiqətə uyğun deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2015 23:58 (UTC +04:00)
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir.
Müdafiə Nazirliyi: Ermənistan mətbuatının Azərbaycan SQ-nin itkilər verməsi barədə məlumatı həqiqətə uyğun deyil

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir.

Bunu şənbə günü Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V. Dərgahlı bildirib: "Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyildir".

Ermənistan KİV-ləri, həmçinin hərbi toqquşma zamanı Ermənistanın iki hərbçisinin - Artak Sedrakoviç Agekyan (1979-cu il) və Ayk Qrioqoroviç Baroyan (1995-ci il) - öldürüldüyü barədə məlumat yayıblar.

Xəbər lenti

Xəbər lenti