...

Aygün Kazımova kovboy şlyapasında və ciddi aparıcı görkəmində (FOTO)

Mədəniyyət Materials 9 Avqust 2011 18:22 (UTC +04:00)
Azərbaycanın xalq artisti, estradanın pop-divası Aygün Kazımova bundan sonra pərəstişkarlarını həm də tele-aparıcı kimi salamlaya bilər.
Aygün Kazımova kovboy şlyapasında və ciddi aparıcı görkəmində (FOTO)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, estradanın pop-divası Aygün Kazımova bundan sonra pərəstişkarlarını həm də tele-aparıcı kimi salamlaya bilər. "Space TV"də yayımlanan "Mədəniyyət saat"ı verilişinin qonağı olarkən Trend-in foto-kamerasına tuş gələn xalq artisti bildirdi ki, yaxın gələcəkdə bu istəyini gerçəkləşdirməsinə heç nə mane olmur.

"Uzun illərin tele-aparıcılıq təcrübəsinə malik olsam da, hər zaman əyləncəli verilişlərdə sima olaraq görünmüşəm. Amma ciddi mədəniyyət layihəsi ilə bağlı hansısa təklif gələrsə və şərtləri məni qane edərsə, nə səbəbdən olmasın? Mən özümü bu sahədə də sınamağa hazıram. Və əminliklə deyirəm ki, uğur yenə də mənimlə olar", - xalq artisti dedi.

Amerikalıların sevimli aksesuarı hesab edilən şlyapası ilə göz qamaşdıran Aygün foto-kameramızın obyektivi qarşısına səmimi pozalar verməkdən də çəkinmədi.

Xəbər lenti

Xəbər lenti