...

Aygün Kazımovadan üçbucağın içində şamplena şou (FOTO)

Mədəniyyət Materials 29 Noyabr 2011 19:10 (UTC +04:00)
Harada şou, orada Azərbaycanın pop-divası Aygün Kazımova var, deyənlər. Trend-in yayımladığı bu xəbər sırf sizin üçündür.
Aygün Kazımovadan üçbucağın içində şamplena şou (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Harada şou, orada Azərbaycanın pop-divası Aygün Kazımova var, deyənlər. Trend-in yayımladığı bu xəbər sırf sizin üçündür. İpə-sapa yatmayan Aygün iştirakçı kimi qatıldığı "Bermud üçbucağı" realiti-şousunun ikinci efir həyəcanında yenə də diqqətləri öz üzərinə yönəltməyə müvəffəq oldu. Birincilik uğrunda mübarizə apardığı rəqibləri isə teleaparıcı Lətafət Ələkbərova, müğənni Rüfət Axundov və prodüser Sənan Abdullayevdir.

Şərtlərə görə iştirakçılar studiyada qurulmuş üçbucaqlı səhnəni 36 saat tərk etməməlidirlər. Su içmək, qidalanmaq, eləcə də digər ehtiyacları ödəmək isə hər bir iştirakçıya elə də asan başa gəlmir. Belə ki, təşkilatçılar iştiraçıların adına nümunə olaraq 5 min manat pul ayırıblar ki, onlar ehtiyaclarını ödəməkdən ötrü yalnız bu pullardan istifadə edə bilərlər - bir bardaq suyun dəyəri 250, bir nəfərlik yeməyin 500, bir yastığın qiyməti 250 manat civarındadır. Bir amal var, o da az pul xərcləməklə layihənin sonuna qədər mübarizə aparmaq. İştirakçıların ayaqyoluna getməsinə də məhdudiyyət qoyulub - 5 saatdan bir cəmi 5-8 dəqiqə. Saatlar azaldıqca ayaqyoluna getməyin 1 dəqiqəsi 200 manatla hesablanır.

Space TV-də hələ də davam edən layihə yeni ilə qədər davam edəcək. Dörd həftə mübarizə aparacaq iştirakçılar arasında hər dəfə bir qalib seçilərək finala vəsiqə qazanacaq. Və finalda qalib gələcək iştirakçı qiymətli hədiyyələrlə mükaflandırılacaq.

Trend-ə açıqlama verən xalq artisti bildirdi ki, o, layihədən birinci kimi ayrılmağı qarşısına məqsəd qoyub. "Baxmayaraq yorğunluq var, amma mən bu tip şoulara qatılarkən başqa bir adrenalinə köklənirəm. Özümü qalib kimi görürəm. Ümidvaram ki, məni sevən pərəstişkarlarım, televiziya tamaşaçıları real mübarizə apardığıma layiqincə qiymət verib məni birincilikdən ayırmayacaqlar. Şounu elə şamplena etmişəm ki, başqa cür ola da bilməz", - Aygün Kazımova belə dedi.

"Bermud üçbucağı" şousunun ideya müəllifi, illərdən bəri Azərbaycan teleməkanında bir-birindən maraqlı layihələri ərsəyə gətirən tanınmış türkiyəli prodüser Kemal Cenk İçtendir. Aparıcısı Mikayıl Güləddinoğlu, prodüseri Roland Bayramov, müəllifi Arzu Əsgərqızı, yaradıcı prodüseri Azər Nəsibov olan realiti-şou tamaşaçılara canlı yayımla təqdim olunur.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti