...

Sloveniyanın "Eurovision 2012" təmsilçisinin arzusu gerçək oldu

Mədəniyyət Materials 24 Aprel 2012 18:47 (UTC +04:00)
"Mənim arzum gerçək oldu. Hazırda özümü yuxudakı kimi hiss edirəm", - Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu fikirlər Sloveniyanın 57-ci "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Eva Botoya məxsusdur.
Sloveniyanın "Eurovision 2012" təmsilçisinin arzusu gerçək oldu

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Sloveniyanın "Eurovision 2012" təmsilçisinin arzusu gerçək oldu.

"Mənim arzum gerçək oldu. Hazırda özümü yuxudakı kimi hiss edirəm", - Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu fikirlər Sloveniyanın 57-ci "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Eva Botoya məxsusdur.

Sloveniya təmsilçisi özünü çox xoşbəxt hiss etdiyini bildirib. "Məhz mənə ölkəmi bu müsabiqədə təmsil etmək və mədəniyyətimizi tanıtmaq şansı verildi. Bu möhtəşəm səhnədə bütün bacarıqlarımı göstərəcəyəm", - deyən Eva Bakıdakı çıxışının milli finaldakından fərqlənəcəyini bildirib.

O, "Eurovision 2012" təmsilçiləri arasında ən çox İsveç müğənnisi Lorinin mahnısını bəyənir. Sloveniya təmsilçisi Rusiyanın "Buranovskie babuşki" ansamblının ifasında səslənən "Party for Everybody"nin artıq hamı tərəfindən əzbərləndiyini deyib.

"Eurovision" mahnı müsabiqəsindən sonra müğənni sinqlini, daha sonra isə yeni albomunu hazırlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti