...

III "Univiziya" mahnı müsabiqəsinin iştirakçılarının ardıcıllığı müəyyənləşib (FOTO)

Mədəniyyət Materials 14 Aprel 2014 13:11 (UTC +04:00)
Bu gün Azərbaycanda keçiriləcək III "Univiziya" mahnı müsabiqəsinin püşkatma mərasimi keçirilib.
III "Univiziya" mahnı müsabiqəsinin iştirakçılarının ardıcıllığı müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanda keçiriləcək III "Univiziya" mahnı müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə baş tutacaq mahnı müsabiqəsinin 22 iştirakçısının çıxışlarının ardıcıllığı müəyyənləşdirilib.

Püşkatmanın nəticələrinə uyğun olaraq, Bakı Dövlət Universitetinin TGT təmsilçisi Əlihüseyn Quluzadə 1-ci, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının TGT təmsilçisi Aytəkin Bədəlova 2-ci, "Odlar Yurdu" Universitetinin TGT təmsilçiləri Elvin Əlləzov, Xumar Cavadova, Səid Təhməzov, Arzu İsmayılova 3-cü, Bakı Dövlət Sosial-İqtisad Kollecinin TGT təmsilçisi Mərdan Kazımov 4-cü, Naxçıvan Dövlət Universitetinin TGT təmsilçiləri Li Cin, Samson Odigiye, Olubayo Cozef Onanuqa, Ece Fatoş 5-ci, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının TGT təmsilçisi Orxan Nərimanzadə 6-cı, Azərbaydan Dövlət İqtisad Universitetinin TGT təmsilçisi Turan Eldarova 7-ci, Bakı Humanitar Kollecinin TGT təmsilçisi Tural Xəlilbəyli 8-ci, Bakı Slavyan Universitetinin TGT təmsilçisi Kəmalə Novruzova 9-cu, Azərbaycan Tibb Universitetinin TGT təsmilçisi Şamxal Məcidov 10-cu, Azərbaycan Dillər Universitetinin TGT təmsilçisi Nuray Abbasova 11-ci, Bakı İdarəetmə və Texnologiya Kollecinin TGT təmsilçiləri Ümid Rəhimli, Aysel Eynullayeva 12-ci, "Elm və Təhsil Mərkəzi" Təfəkkür Universitetinin TGT təmsilçisi Taleh Bədirxanov 13-cü, Azərbaycan Texniki Universitetinin TGT təmsilçisi Aydan Fərmanzadə 14-cü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının TGT təmsilçisi Zərifə Bayramova 15-ci, "ADA" Universitetinin təmsilçisi Günay Bədəlova 16-cı, Azərbaycan Kooperasiya Universitetinin TGT təmsilçisi Üzeyir Quliyev 17-ci, "Xəzər" Universitetinin TGT təmsilçisi Musa Abdullayev 18-ci, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının TGT təmsilçiləri İlqar Əhmədli, Mehdi Məcidov 19-cu, Milli Aviasiya Akademiyasının TGT təmsilçisi Ülkər Cəfərli 20-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin TGT təmsilçiləri Nuridə Əliyeva, Şamil Xanmədov 21-ci, Azərbaycan Dövlət Neft Akademiyasının TGT təmsilçiləri Halil İbrahim, Ümid Nağıyev, Fərrux Fərəcullayev, Mikayıl Hüseynzadə, Ali Ozan isə 22-ci sırada çıxış edəcəklər.

Qeyd edək ki, finalda qalib olan tələbə-gənc ölkəmizi 14-21 may tarixlərində keçiriləcək beynəlxalq "Univiziya" tələbə mahnı müsabiqəsində təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti