...

Cahangir Novruzov türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə "TÜRKSOY-un 20 illiyi" medalına layiq görülüb (FOTO)

Mədəniyyət Materials 16 Aprel 2014 12:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub.
Cahangir Novruzov türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə "TÜRKSOY-un 20 illiyi" medalına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə Cahangir Novruzova "TÜRKSOY-un 20 illiyi" yubiley medalına layiq görülüb. Medalı TÜRKSOY-un baş katibi Düsen Kaseinov həmyerlimizə təqdim edib.

Medalın təqdimatı Türkiyənin Sabancı Vəqfi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Adana şəhərində XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində baş tutub. Mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib.

Bir ay davam edəcək XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalında Türkiyədən 5, xarici ölkələrdən 16 teatr kollektivi iştirak edir. Azərbaycanı festivalda Akademik Milli Dram Teatrı M.F.Axundovun "Lənkəran xanının vəziri" tamaşası ilə təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti