...

Abidələr və Tarixi Yerlər üzrə Şuranın prezidenti Bakıya gələcək

Mədəniyyət Materials 17 Aprel 2014 10:52 (UTC +04:00)
Sabah Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Abidələr və Tarixi Yerlər üzrə Şuranın Azərbaycan Milli Komitəsinin Təşəbbüs Toplantısı keçiriləcək.
Abidələr və Tarixi Yerlər üzrə Şuranın prezidenti Bakıya gələcək

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Abidələr və Tarixi Yerlər üzrə Şuranın Azərbaycan Milli Komitəsinin Təşəbbüs Toplantısı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS - İnternational Council on Monuments and Sites ) təklifi və Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) Baş Assambleyasının tövsiyələri əsasında hər il dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 18 apreldə qeyd edilir. Bunun əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

Cari ildə bu tədbirin daha geniş və əlamətdar şəkildə qeyd edilməsi məqsədilə Abidələr və Tarixi Yerlər Beynəlxalq Şuranın (ICOMOS) Milli Azərbaycan Komitəsinin təşəbbüs toplantısı və "Azərbaycan və İCOMOS: mədəni irsin tədqiqi və səmərəli idarə edilməsi sahəsində əməkdaşlıq" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Abidələr və Tarixi Yerlər Beynəlxalq Şuranın (ICOMOS) Prezidentinin rəhbərliyi ilə geniş nümayəndə heyətinin iştirakı gözlənilir.

YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox Milli Komitəni, 30-dək Beynəlxalq Elmi Komitəni və 12.000 nəfərə yaxın fərdi üzvü özündə birləşdirən Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura (İCOMOS) memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti