...

Azərbaycan Budapeşt şəhərində keçirilən 21-ci Beynəlxalq Kitab Festivalında təmsil olunacaq

Mədəniyyət Materials 21 Aprel 2014 12:33 (UTC +04:00)
24-27 aprel 2014-cü il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində 21-ci Beynəlxalq Kitab Festivalı keçiriləcək.
Azərbaycan Budapeşt şəhərində keçirilən 21-ci Beynəlxalq Kitab Festivalında təmsil olunacaq

Azərbaycan, Bakı, 21 aprel /Trend/

24-27 aprel 2014-cü il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində 21-ci Beynəlxalq Kitab Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Kitab sərgisində ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin, eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının təbliğ olunması məqsədilə Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və mətbuat katibi İntiqam Hümbətov 23-28 aprel 2014-cü il tarixində Budapeşt şəhərində səfərdə olacaqlar.

Stendimizdə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr edilən nəfis tərtibatlı çap məhsulları ziyarətçilərdə təqdim ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti