...

Alim Qasımov Tehranda konsert verəcək

Mədəniyyət Materials 23 Aprel 2014 12:08 (UTC +04:00)
Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək.
Alim Qasımov Tehranda konsert verəcək

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək. Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, konsert may ayının 13-də Tehranın Milad sarayında baş tutacaq.

Qeyd edək ki, may ayının 13-ü İmam Əli (ə) mövlud günüdür və İranda rəsmi bayram günüdür.

Alim Qasımov indiyədək İranda üç dəfə 1992, 2002 və 2006-cı illərdə konsert verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti