...

"Qarabağ atları" lentə alınacaq

Mədəniyyət Materials 25 Aprel 2014 12:07 (UTC +04:00)
Azərbaycanda “Qarabağ atları” adlı sənədli film çəkiləcək, eyni adlı tarixi və ensiklopedik kitab da yazılacaq. Trend EL TV-yə istinadən xəbər verir ki, məqsəd Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqdır.
"Qarabağ atları" lentə alınacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanda "Qarabağ atları" adlı sənədli film çəkiləcək, eyni adlı tarixi və ensiklopedik kitab da yazılacaq. Trend EL TV-yə istinadən xəbər verir ki, məqsəd Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqdır.

Kinorejissor Nur Dolayın sözlərinə görə, filmdə Azərbaycan insanı ilə atın dostluğundan və azərbaycanlıların qədim yaşayış tərzindən bəhs olunacaq.

Ekran əsərində rol alacaq aktyorlar isə qəsəbə və kənd sakinləri arasından seçiləcək. Artıq çəkiliş üçün İsmayıllı rayonunun Lahıc qəsəbəsində və Basqal kəndində məkanlar da müəyyənləşdirilib.

Filmin yaradıcı heyəti Basqal kəndində 17-ci əsrdə tikilən və hazırda tarixi abidə kimi qorunan hamamda, məsciddə, o cümlədən "Kəlağayı" Basqal İpək Mərkəzində olub, 16-cı əsrə aid olan Çinar ağacını ziyarət ediblər. Eləcə də Lahıc qəsəbəsində qədimi saxsı qabların, xalçaların və alətlərin qorunduğu muzeyə baş çəkiblər. Həmin bu yerlər sənədli filmin çəkilişləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti