...

Musiqili Teatrın kollektivi Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlayıb

Mədəniyyət Materials 14 İyul 2014 20:16 (UTC +04:00)
Azərbaycanın Əməkdar Artisti, mərhum Xanım Qafarovanın iş yoldaşları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlamışlar.
Musiqili Teatrın kollektivi Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Azərbaycanın Əməkdar Artisti, mərhum Xanım Qafarovanın iş yoldaşları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlamışlar.

Trend AzərTAc-a istinadən xəbər verir ki, məktubda daima insanlara kömək əlini uzadan, böyük mərhəmət sahibi Mehriban Əliyevanın Azərbaycanın yaradıcı insanlarına göstərdiyi diqqət və qayğıdan bəhs olunur, vurğulanır ki, Heydər Əliyev Fondunun prezidenti əvvəlcə Xanım Qafarovanı Türkiyəyə müalicəyə göndərmiş, məhz onun qayğı və şəfqəti nəticəsində aktrisa bir neçə ay yaşaya bilmişdir. Azərbaycanın birinci xanımı aktrisanın vəziyyətinin ağırlaşdığını biləndə onun müalicəsinin İsraildə davam etdirilməsi üçün göstəriş verdiniz. Təəssüf ki, səfərə hazırlıq ərəfəsində Xanım Qafarova dünyasını dəyişmişdir.

Xüsusi olaraq qeyd edilmişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva son ana qədər Xanım Qafarovanın doğmalarını diqqətdə saxlamış, ən ağır məqamlarda ailənin qayğısına qalmış, dəfn mərasimi zamanı onları çətinlik çəkməyə qoymamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti