...

Azərbaycanda VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mədəniyyət Materials 19 İyul 2014 11:52 (UTC +04:00)
İyulun 23-dən avqustun 1-dək Qəbələ şəhərində VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Azərbaycanda VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

İyulun 23-dən avqustun 1-dək Qəbələ şəhərində VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, festivalda adətən, Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - İohannesburq Filarmonik orkestri, İsrail "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifacıları və b. cıxış edəcəklər.

Festivala təşkilatı dəstək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti