...

Tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq: "Bu mənim üçün publikam ilə əsl vəhdət idi"(FOTO)

Mədəniyyət Materials 9 Avqust 2014 17:24 (UTC +04:00)
Cəmilə Cavadova-Spitsberq Azərbaycanın musiqi elmləri doktoru dərəcəsini almış ilk qadın orqan ifaçısıdır.
Tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq: "Bu mənim üçün publikam ilə əsl vəhdət idi"(FOTO)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Cani Babayeva/

Cəmilə Cavadova-Spitsberq Azərbaycanın musiqi elmləri doktoru dərəcəsini almış ilk qadın orqan ifaçısıdır. O hazırda yaşadığı Dallasda (ABŞ) dövlət universitetində müəllimə işləyir. Cəmilə Cavadova-Spitsberq Bakıya səfəri və yerli publika görüşü haqqında təəssüratlarını Trend-lə bölüşüb.

- Cəmilə xanım, Bakıya səfərləriniz buradakı konsertlərinizlə tez-tezmi üst-üstə düşür?

- Azərbaycandan 1995-ci ildən getmişəm. Buna səbəb mənim təhsil və bədii yaradacılıq planlarım olub. İndiyədək burada 2 konsert proqramı ilə çıxış etmişəm. Birincisi 2005-ci ildə, sonuncusu isə bu ilin iyun ayında baş tutub.

- Konsert barədə məlumat verərdiniz...

- Bu, mənim üçün publikam ilə əsl vəhdət idi. Zaldakı dinamika, insanların reaksiyası çox gözəl idi. Özümü sanki həqiqətən də Bakıya qayıtmış kimi hiss etdim.

- Azərbaycan dinləyicisi digərlərindən nə ilə fərqlənir?

- Emosional baxımdan amerikalı və azərbaycanlı dinləyicilər arasında bağlantı var. Avropalı dinləyici daha təmkinlidir. Amerikalılar azərbaycanlılar kimi parlaq reaksiyaya malikdirlər.

- Tələbələrinizi və amerikalı dinləyiciləri Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə tanış etdiyinizi bilirəm...

- Hamı bilir ki, Azərbaycanı təmsil edirəm. Tələbələrim böyük məmnuniyyətlə Azərbaycan musiqisi ilə tanış olurlar. Azərbaycanın tanınmış bəstəkarlarına həsr edilmiş konsertlərim olub.

- Azərbaycana səfəriniz zamanı bizim musiqiçilərimizin konsertində olursunuzmu?

- Burada demək olar 3 ay vaxt keçirdim və indiyədək belə şey baş verməmişdi. İmkan olduqca musiqiçilərimizlə əlaqə saxlayır və onların konsertlərinə gedirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti