...

Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlanıb

Mədəniyyət Materials 11 Sentyabr 2014 11:40 (UTC +04:00)
Sentyabrın 11-dən ətibarən Nizami Kino Mərkəzində Amerika istehsalı olan “Lyusi ” və “Ədviyyələr və ehtiraslar” filmlərinin nümayişinə başlanıb.
Nizami Kino Mərkəzində   iki yeni filmin   nümayişi başlanıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Sentyabrın 11-dən ətibarən Nizami Kino Mərkəzində Amerika istehsalı olan "Lyusi " və "Ədviyyələr və ehtiraslar" filmlərinin nümayişinə başlanıb.

Rejissor Lasse Hallstryomun dram janrında çəkdiyi "Ədviyyələr və ehtiraslar " filmi Fransaya köçmüş və orada fransız restoranı ilə üzbəüz yeməkxana açan bir hindli ailəsinin hekayəsindən bəhs edir.

Filmdə rollara Helen Mirren, Şarlotta Le Bon, Maniş Dayal, Roen Çand, Cuxi Çavla və başqa aktyorlar çəkilib. Yaş məhdudiyyəti: 16+

Həmçinin, həmin gündən etibarən Rejissor Lyuk Bessonun döyüş janrında çəkdiyi "Lyusi" filminin nümayişi başlanıb.

Hələ dünən o, qəşəng seksual sarışın qadın idi, bu gün isə - fövqəltəbii bacarıq və ağlı ilə planetin ən təhlükəli və məhvedici vücududur. Dünyanın ən yaxşı alimləri bunu inanılmaz nəzəriyyə sayarkən o gerçəklik oldu. Lyusi, qurbandan ovçuya çevrildi...

Filmin sloqanı: "O - kainatın bütün sirrlərinin açarıdır" Yaş həddi: 12+

Filmdə baş qəhrəman obrazını Skarlett Yoxansson canlandırıb.

Rollara aktyorlar Morqan Friman, Anali Tipton, Çxve Min Sik, Amr Vakid, Meyson LiPol Çan və başqaları çəkilib.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti