...

Üzeyir Hacıbəyliyə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək

Mədəniyyət Materials 16 Sentyabr 2014 17:00 (UTC +04:00)
Artıq 5-ci ildir ki, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Sentyabrın 18-28-də keçiriləcək tədbirlər çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı dahi bəstəkarımıza həsr olunmuş bir sıra tədbirlər keçirməyi planlaşdırır.
Üzeyir Hacıbəyliyə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Artıq 5-ci ildir ki, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Sentyabrın 18-28-də keçiriləcək tədbirlər çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı dahi bəstəkarımıza həsr olunmuş bir sıra tədbirlər keçirməyi planlaşdırır.

İttifaqdan Trend-ə verilən məlumata görə, sentyabrın 22-də saat 12:00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" mövzusunda elmi-praktik konfrans təşkil ediləcək. Konfransda xaricdən gəlmiş mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Sentyabrın 24-də saat 17:00-da isə yenə də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda "Trio-klassik" ansamblının konserti olacaq.

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən möhtəşəm "Muğam aləmi" layihəsi çərçivəsində Azərbaycan muğamına həsr olunmuş "Muğam Ensiklopediyası"nın rus dilindəki nəşri az müddət əvvəl işıq üzü görüb. Belə bir ensiklopediyanın ilk nəşri ölkəmizin musiqi və elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanaraq, Azərbaycan muğamının qorunub saxlanması, inkişafı və daha geniş şöhrət tapması üçün əlverişli zəmin yaradıb. Nəfis şəkildə hazırlanmış nəşrin təqdimatı mərasimi sentyabrın 25-də saat 14:00-da Muzey Mərkəzində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti