...

İstanbulda Azərbaycan kitabxanası açıla bilər (FOTO)

Mədəniyyət Materials 16 Sentyabr 2014 18:25 (UTC +04:00)
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Azərbaycana səfər edər edən bir qrup tanınmış türkiyəli ziyalı bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.
İstanbulda Azərbaycan kitabxanası açıla bilər (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Azərbaycana səfər edər edən bir qrup tanınmış türkiyəli ziyalı bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, İSTAD rəhbəri Səfər Qaraqoyunlunun rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyətini Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qəbul edib.

Görüşdə Türkiyədəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. V.Hacıyev xalqlarımız arasında qardaşlıq əlaqələrinin Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətinə həlledici təsir göstərən amillərdən biri olduğunu vurğulayıb. O, bu cür səfərlərin qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rola malik olduğunu qeyd edib.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri S.Qaraqoyunlu isə bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, Türkiyədəki soydaşlarımız arasında bağların qopmamasını təmin etmək, vaxtilə Türkiyəyə köçüb getmiş azərbaycanlıların böyüməkdə olan gənc nəslinə Azərbaycanı tanıtmaq, göstərmək, adət-ənənələrimizi yaşatmaq məqsədilə qarşılıqlı səfərlər böyük əhəmiyyət daşıyır.

Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov isə 2015-ci ildə bütün dünyadakı Azərbaycan diaspor təşkilatları kimi Türkiyədəki diaspor qurumlarının da üzərinizə düşən vəzifələrdən danışıb. O, bildirib ki, diaspor təşkilatlarımız gələn il ilk dəfə olaraq Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsindən faydalanaraq Azərbaycanın tanıdılması, təbliği istiqamətində aktiv fəaliyyət göstərməlidir. N.Qurbanov qondarma "erməni soyqırımı"nın ifşa olunması istiqamətində diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsinin vacib olduğunu deyib.

Görüşdə, həmçinin İstanbulda Azərbaycan kitabxanasının açılması təklifi irəli sürülüb və yaxın vaxtlarda belə bir kitabxananın yaradılması məsələsinə baxılacağı bildirilib.

Qeyd edək ki, 5 gündür Azərbaycanda olan nümayəndə heyətinin üzvləri Gəncə, Salyan, Quba və Bakıda olub, Qafqaz İslam Ordusunun Bakını bolşevik-erməni daşnak işğalçılarından azad etməsinin 96-cı ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirlərə qatılıb, Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Qubadakı kütləvi soyqırımı məzarlığını da ziyarət edib, müxtəlif görüşlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti