...

12 saylı uşaq evində Marionet teatrının təqdimatında "Arşın mal alan" tamaşası nümayiş olunacaq (FOTO)

Mədəniyyət Materials 17 Sentyabr 2014 15:16 (UTC +04:00)
Tamaşanı 12 saylı internat məktəbi ilə yanaşı, 1, 2 və 11 saylı internat məktəblərinin şagirdləri də seyr edə biləcəklər.
12 saylı uşaq evində Marionet teatrının təqdimatında "Arşın mal alan" tamaşası nümayiş olunacaq (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

12 saylı uşaq evində Marionet teatrının təqdimatında "Arşın mal alan" tamaşası nümayiş olunacaq. Bu barədə Trend-ə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

1995-ci ildən başlayaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 18 sentyabr ölkəmizdə "Üzeyir musiqi günü" kimi qeyd edilir. Son illər Azərbaycan musiqisinə dövlət səviyyəsində böyük qayğı göstərilir, bu sahənin inkişafı və dəstəyi istiqamətində müvafiq addımlar atılır. Bunlarla yanaşı, Heydər Əliyev Fondu musiqimizin inkişafı, təbliği, tanıdılması istiqamətində daimi olaraq genişmiqyaslı işlər həyata keçirir. Bunun nəticəsi olaraq, Azərbaycan musiqisi bu gün dünya miqyasında tanınır, sevilir və yüksək dəyərləndirilir. 2011-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının 100 illik yubileyinin YUNESKO-nun 2012-2013-cü illər üçün "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, 2013-cü ildə YUNESKO-nun Baş Konfransının qərarı ilə dünya musiqi sənətinin ən populyar nümunələrindən biri olan "Arşın mal alan"ın 100 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib.

Ənənəvi olaraq bu il də sentyabrın 18-də "Üzeyir musiqi günü" təntənəli şəkildə qeyd olunur. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet teatrı bayram tədbirinə "Arşın mal alan" tamaşası ilə qatılacaq. Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə sentyabrın 18, 19 və 20-də "Arşın mal alan" operettası Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində İdarənin Marionet teatrının quruluşunda tamaşaya qoyulacaq. Tamaşanı 12 saylı internat məktəbi ilə yanaşı, 1, 2 və 11 saylı internat məktəblərinin şagirdləri də seyr edə biləcəklər.

"Arşın mal alan" operettası tamaşanın rejissoru, Marionet teatrının yaradıcısı Tərlan Qorçunun bədii rəhbərliyi ilə teatrın əsas aktyor heyətinin (A.Mustafayev, E.Mirzəyev, E.Abbaslı, Ş.Buksayev, R.Həsənov) ifasında təqdim edilib. Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilib: "Arşın mal alan"ın marionet qəhrəmanları Xuraman Qasımova, İlqar Muradov, Səyavuş Aslan, Zərnigar Atakişiyeva, Ramiz Məlikov, Məlahət Abbasova, Nuriyyə Əhmədova, Yasin Qarayev kimi sənətkarların səsi ilə oxuyub-danışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti