...

Azərbaycan incəsənət ustalarının çıxışları fransalı tamaşaçılarının böyük marağına səbəb oldu (FOTO)

Mədəniyyət Materials 22 Sentyabr 2014 08:44 (UTC +04:00)
Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə reallaşdırılan “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Parisin VI rayonunda yerləşən Sen-Sülpis meydanında “Azərbaycan şəhərciyi” təşkil olunub.
Azərbaycan incəsənət ustalarının çıxışları fransalı tamaşaçılarının böyük marağına səbəb oldu (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə reallaşdırılan "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Parisin VI rayonunda yerləşən Sen-Sülpis meydanında "Azərbaycan şəhərciyi" təşkil olunub. Şəhərcikdə Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edirlər.

On gün davam edəcək "şəhərciyin" üçüncü günü Azərbaycanın Əməkdar Artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq ritm qrupu" fransalı tamaşaçıları qarşısında çıxış edib. Qrupun ifa etdiyi "Həyata gəliş", "Beş yarım", "Arabeska", "Caz" və "Atəşgah" rəqs musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Paytaxt sakini Katrin Bojar "Azərbaycan şəhəriyi"ndən və ritm qrupunun çıxışından aldığı təəssüratı AzərTAc-a danışıb: "Azərbaycan barəsində yalnız onu bilirdim ki, Bakı ölkənizin paytaxtıdır, neft və qazla zəngindir. Amma bu gün "şəhərciklə" tanışlıq sayəsində ölkəniz barədə yetərincə məlumat əldə etdim. Burada nümayiş etdirilən qədim xalçalar, qadın geyimləri, misgərlik məmulatları, mətbəx nümunələri, müxtəlif şərablar, Azərbaycanın tarixindən, mədəniyyətindən, musiqisindən, ədəbiyyatından, incəsənətindən, turizm imkanlarından bəhs edən kitablar və bröşürlər ölkənizin necə qədin bir diyar olmasından, mədəni irslə zənginliyindən, Avropaya inteqrasiyasından xəbər verir.

Bu gün ritmik qrupun çıxışı məni və bura toplaşan paytaxt sakinlərini və qonaqları sözün əsl mənasında valeh etdi. Necə də oynaq musiqiniz var. Qrup üzvlərinin ifaçılıq tərzinə söz ola bilməz. Bir sözlə istər şəhərcik, istərsə də ritmik qrupun çıxışı ölkəniz barədə az məlumatı olan biz fransızlarda geniş təəssürat yaratdı. Doğrudan da Azərbaycan Qafqazın həm mirvarisi, həm də möcüzəli ölkəsidir.

Xəbər lenti

Xəbər lenti