...

Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara tanıtmaqla bağlı fəaliyyəti təqdirəlayiqdir (FOTO)

Mədəniyyət Materials 23 Sentyabr 2014 09:51 (UTC +04:00)
Azərbaycanın zəngin mədəni irsinin fransızlara daha yaxından tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.
Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara tanıtmaqla bağlı fəaliyyəti təqdirəlayiqdir (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycanın zəngin mədəni irsinin fransızlara daha yaxından tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fondun təşkil etdiyi tədbirlər sayəsində vaxtilə Azərbaycan haqqında məlumatları az olan fransızlar, indi ölkəniz barədə geniş təsəvvürə malikdirlər. Trend xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində paytaxt sakini Jil Bertran söyləyib.

Qeyd edək ki, Parisdə təşkil olunan "Azərbaycan şəhərciyi"nin açılışından keçən bir neçə gün ərzində fransızlar və şəhərin qonaqları Bakıdan gələn incəsənət ustalarının müxtəlif konsert proqramlarını izləməyə imkan tapıblar. Sentyabrın 22-də "Real" instrumental ansamblı şəhər sakinləri və qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Əməkdar Artisti, gənc skripka ustası Səlim Abbasovun rəhbərlik etdiyi ansamblın üzvləri Anar Abbasov, Xəyal Abbasov və Ramil Əsədovun pianoda, zərb alətlərində və barabanda ifa etdikləri Azərbaycan və Avropa bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonunda təşkil olunan "Azərbaycan şəhərciyi" ilə tanışlıqdan və "Real" ansamblının çıxışından sonra Jil Bertran deyib: "Ölkənizlə bağlı Parisdə keçirilən müxtəlif tədbirlərdə dəfələrlə iştirak etmişəm. Bu tədbirlərin nəticəsidir ki, mən Azərbaycana vurulmuşam. Elə bu vurğunluq sayəsində Sen-Süplis meydanında təşkil olunan "şəhəriciyi"ə dördüncü dəfədir ki, baş çəkirəm. "Şəhərcik"də nümayiş etdirilən Azərbaycanın müxtəlif nemətlərinin dadına baxıb, tarixinizə, ədəbiyyatınıza, mədəniyyətinizə, incəsənətinizə, musiqinizə dair çoxlu kitablar və broşürlar əldə edib, qədim xalçalar, misgərlik məmulatları ilə yaxından tanış olmuşam.

İndi bilirəm ki, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu körpü, eyni zamanda müxtəlif mədəniyyətlərin qovuşmasında, xalqların biri-birinə yaxınlaşmasında müstəsna əhəmiyyətə malikdir. Sizi inandırmaq istərdim ki, hər hansı sadə fransızdan Azərbaycan haqda soruşsanız, o, ölkəniz barədə çox şey deyə bilər. Bir neçə gündür meydanda səslənən Azərbaycan musiqisinə maraq göstərən fransızların sayının durmadan artması dediklərimə əyani sübutdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti