...

Bakıda "Müslüm Maqomayev haqqında xatirələr" filminin təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 30 Sentyabr 2014 15:58 (UTC +04:00)
Bu gün Bakıda məşhur rejissor Tofiq İsmayılovun Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi "Müslüm Maqomayev haqqında xatirələr" filminin təqdimatı keçirilib.
Bakıda "Müslüm Maqomayev haqqında xatirələr" filminin təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Vüqar İmanov/

Bu gün Bakıda məşhur rejissor Tofiq İsmayılovun Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi "Müslüm Maqomayev haqqında xatirələr" filminin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, T.İsmayılov jurnalistlərə deyib: "1971-ci ildə əfsanəvi müğənni haqqında "Oxuyur Müslüm Maqomayev" adlı ilk film-konsertin çəkilişindən sonra mən dahi ifaçı haqqında "10 il sonra" və "20 il sonra" filmlərini çəkmək istədim. Lakin mənim arzum bir sıra səbəblər üzündən həyata keçmədi. Bu film xoşunuza gəlsə, şad olaram. Müslüm Maqomayev daim bizim qəlbimizdə dahi ifaçı və böyük ürək sahibi kimi qalacaq".

Filmə məşhur mədəniyyət və incəsənət xadimlərinin, dahi müğənninin doğmalarının və dostlarının M.Maqomayevin unikal yaradıcılığı, həyat yolu və yüksək insani keyfiyyətləri haqqında xatirələri daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti