...

Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Materials 17 Oktyabr 2014 15:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 20 oktyabr 2014-cü ildə, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunacaq

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 20 oktyabr 2014-cü ildə, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə H.Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.

1924-cü ildə Ağstafa rayonunda doğulan H.Arif zəngin ədəbi həyat yolu keçib, yaradıcılığını xalq və aşıq poeziyası üzərində kökləyən, şifahi və yazılı ədəbiyyatın vəhdətində yazıb-yaradan bir sənətkar olub. Qırx ilə yaxın ədib fəaliyyəti olan şair öz yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirib, dövrün aktual məsələlərini əsərlərində əks etdirməklə ədəbiyyatımıza yeni nəfəs gətirib. Şairin şeirlərinə dillər əzbəri olan çox sayda musiqilər bəstələnib.

"Azərbaycan Dövlət Mükafatı" laureatı H.Arifin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, ona "Xalq şairi" fəxri adı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti