...

Bakının ən böyük muzeylərində «Təcavüz. Muzey 2014» layihəsi çərçivəsində sərgi keçiriləcək

Mədəniyyət Materials 17 Oktyabr 2014 22:00 (UTC +04:00)
Layihənin mövzusu Azərbaycanın zəngin maddi-mənəvi, mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir
Bakının ən böyük muzeylərində «Təcavüz. Muzey 2014» layihəsi çərçivəsində sərgi keçiriləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

YARAT Müasir İncəsənət Məkanı əhalini "Təcavüz. Muzey 2014" layihəsinin yekun sərgilər silsiləsinə dəvət edir.

Sərgilər 18 oktyabr - 30 noyabr 2014-cü il tarixində Bakının ən böyük muzeylərində baş tutacaq - Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi,

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu,

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu.

Layihəyə Bank Technique dəstək verir.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılmışdır.

Bu layihənin kuratoru - Azərbaycanın əməkdar rəssamı Səbinə Şıxlinskayadır.

Layihənin mövzusu Azərbaycanın zəngin maddi-mənəvi, mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Layihənin iştirakçıları: Natəvan Əliyeva, Mehriban Şəmsədinskaya, Vüsalə Ağarzayeva, İlahə Xalıqova,

Aysel Nağıyeva, Rufat Aliyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva,

Zöhrab Salamzadə, Fərhad Haqverdi, Nigar Alışeva, Çinarə Məcidova, Fatimə Hacıyeva, Rəhim Çopurov, Nəzrin Musayeva, Nigar Məmmədli, Habib Saher, Aytən Abdullayeva, Arif Əmirov, Səbinə Abbasova, Elvin Adıgözəl, Nadir Eminov, Elvin Nəbizadə, Ayxan Xəlilov, Ruhulla Həsənzadə, Pərvanə Persiani,

Hüseyn Həsənov, Nərmin İsrafilova, Fidan Hacıyeva.

Altı ay ərzində "Təcavüz. Muzey 2014" layihə iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış edildi. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi oldu. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət etdilər.

"Təcavüz. Muzey 2014" layihəsinin təqdimat günü - 18 Oktyabr 2014-cü il.

Proqram:

18 Oktyabr 2014

16:00 Azərbaycan Milli İncəsənət Muzeyi (Niyazi küç. 11/13)

17:30 Azərbaycan Xalça Muzeyi (Mikayıl Hüseynov pr. 28)

19:30 "Atəşgah məbədi", Dövlət Tarix-Memarlıq Qoruğu

20:00 Nərmin İsrafilova "Səsin yaranması", performans. ("Atəşgah məbədi")

19 Oktyabr 2014

20:00 - 24:00 Azərbaycan Xalça Muzeyi, "Muzeydə gecə", rəssamlar ilə görüş

www.yarat.az

Əlaqə telefonu: 012 505 1414

Məqalədə:
Xəbər lenti

Xəbər lenti