...

Bakıda Yarat Rəssamlar Studiyalarının açılış mərasimi keçiriləcək (FOTO)

Mədəniyyət Materials 27 Oktyabr 2014 13:08 (UTC +04:00)
1 noyabr 2014-cü il tarixində saat 12:00-dan 00:00-dək Bakıda Yarat Rəssamlar Studiyalarının açılış mərasimi keçiriləcək.
Bakıda Yarat Rəssamlar Studiyalarının açılış mərasimi keçiriləcək  (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

1 noyabr 2014-cü il tarixində saat 12:00-dan 00:00-dək Bakıda Yarat Rəssamlar Studiyalarının açılış mərasimi keçiriləcək.

Trend xəbər verir ki, YARAT Studios 11 azərbaycanlı rəssamın bir arada çalışdığı, istirahət etdiyi və ideyalarını bölüşdüyü, işləri və yaradıcı enerjiləri ilə zəngin bir məkana çevrilib. YARAT Studios yeni tikilmiş 4 mərtəbəli binadan ibarətdir, burada Aida Mahmudova, Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Əhməd, Ramal Kazımov, Vüsal Rəhim, Fərhad Fərzəliyev, Nəzrin Məmmədova, Reza Hazare, Rəşad Ələkbərov və Niyaz Nəcəfov kimi rəssamlar öz əsərlərini yaradırlar.

Yaradıcı igamətgahda hətta beynəlxalq rəssamların studiyalarda rahat yaşayış və işləmələri üçün gərəkli şərait yaradılıb. İlk qonaqların 2015-ci ilin əvvəllərində qarşılanması planlaşdırılır.

1 noyabr tarixində YARAT Studios günortadan gecə yarısınadək qonaqların üzünə açıq olacaq.

Bütün gün ərzində rəsmlərin, heykəllərin, kölgə installyasiyalarının, eksperimental musiqi və video installyasiyalarının detallarını sizinlə məmnuniyyətlə bölüşməyə hazır rəssamlarla tanışlıq şansınız olacaq. Siz incəsənətin mürəkkəb və valehedici ərsəyə gəlmə prosesininin bir parçasına çevriləcəksiniz.

Açılış proqramına həmçinin Dilarə Atakişiyevanın rəhbərlik etdiyi "Da'Art" Uşaq studiyasına aid qısa seminar, DJ Pancho tərəfindən musiqi proqramı və sərinləşdirici içkilər daxildir.

Ünvan: Akademik Həsən Əliyev küç. 1061, Nəsimi rayonu, Kimya şəhəri (Megastore marketinin arxası).
1 noyabr 2014 (12:00 - 00:00)
Həyat yaradıcılığını, azadlığı və xoşbəxtliyi sevən və dəyərləndirən hər kəs üçün giriş sərbəstdir!

#yaratstudios
www.yarat.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti